...

AZƏRBAYCAN VƏ MİSİR 10-A YAXIN HÖKUMƏTLƏRARASI VƏ İDARƏLƏRARASI RAZILAŞMA İMZALAYACAQ

Siyasət Materials 16 Avqust 2005 14:12 (UTC +04:00)

Azərbaycanla Misir arasında hökumətlərarası və idarələrarası əməkdaşlıq üzrə 10-a yaxın razılaşma işlənib hazırlanma mərhələsindədir. Bu barədə Trend ə Misirin Azərbaycandakı səfirldiyindən məlumat veriblər.

Bu gün Azərbaycanla Misir arasında ticarət-iqtisadi və mədəni əməkdaşlığın inkişafı üzrə bir sıra hökumətlərarası sənədlərin layihələri hazırlanır. Sənədlər kənd təsərrüfatı, ticarət, sənaye, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığını inkişafını əhatə edir. Onlardan bir hissəsi artıq razılaşdırılsa da, bəzi bəndlərdə dəyişikliklər ediləcək.

Bundan başqa, idarələrarası xarakterli bir sıra layihələr hazırlanıb. Onların arasında əczaçılıq, informasiya texnologiyaları, maliyyə, həmçinin Milli Elmlər Akademiyaları arasında arxiv idarələri, dövlət kitabxanaları və digər sahələr üzrə əməkdaşlığın inkişafı sahəsində razılaşmaların layihələri də var. Razılaşmaların layihələri razılaşma mərhələsindədir.

Səfirlikdən bildiriblər ki, sənədlərin bir hissəsi iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının gedişində imzalanacaq. Komissiyanın iclası bu ilin payızında keçiriləcək. Komissiya həmçinin Azərbaycanla Misir arasında mal dövriyyəsinin həcmiin artırılması imkanlarını da nəzərdən keçirəcək.

Xatırladaq ki, komissiyanın I iclası 2002-ci ilin oktyabrında Bakıda keçirilib.Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev, Misir tərəfdən isə beynəlxaln əməkdaşlıq üzrə nazir xanım Faizə Əbül Nəqa olub.

Xəbər lenti

Xəbər lenti