...

AXCP-NİN BİNASI YAXINLIĞINDA AKSİYA KEÇİRİLİB

Siyasət Materials 16 Avqust 2005 14:34 (UTC +04:00)

Avqustun 16-da saat 12.00 radələrində bir qrup Sumqayıt gəncləri AXCP-nin binası yaxınlığında yerləşən Sahil bağında yığışıblar. Onlar "Yeni fikir" gənclər təşkilatının sədri Ruslan Bəşirlinin ünvanına "Ar olsun R.Bəşirliyə", "Ruslan Bəşirli gənc nəsilə ləkədir" kimi müxtəlif şüarlar səsləndiriblər.

Həmin radələrdə Göyçay rayonundan gələn ziyalılar da eyni şüarlar səsləndiriblər. Aksiya dinc şəkildə keçib, qarşıdurma yaranmayıb. Bunun səbəbi isə cəbhəçilərin akiya iştirakçılarının qarşısına çıxmamasıdır. Bu barədə Əli Kərimlinin göstərişi olub.

Aksiya dinc şəkildə davam edir.

Xəbər lenti

Xəbər lenti