...

QAZAXISTAN MƏDƏN SƏNAYESİNİN ŞƏFFAFLIĞINA DAİR TƏŞƏBBÜSÜN REALLAŞDIRILMASI ZAMANI AZƏRBAYCAN MODELİNDƏN İSTİFADƏ EDƏCƏK

Siyasət Materials 16 Avqust 2005 14:51 (UTC +04:00)
QAZAXISTAN MƏDƏN SƏNAYESİNİN ŞƏFFAFLIĞINA DAİR TƏŞƏBBÜSÜN REALLAŞDIRILMASI ZAMANI AZƏRBAYCAN MODELİNDƏN İSTİFADƏ EDƏCƏK

Qazaxıstan Mədən Sənayesinin Şəffaflığı üzrə Təşəbbüsdə (EITI) Azərbaycan modelindən istifadə etmək niyyətindədir. Trend in məlumatına görə, bu barədə avqustun 16-da ARDNŞ-in icraçı direktoru, EITI üzrə hökumət komissiyasının sədri Samir Şərifov Qazaxıstan səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, səfər dövlət başçısının tapşırığı əsasında və Qazaxıstanın energetika və mineral ehtiyatlar Nazirliyinin dəvəti ilə həyata keçirilib. S.Şarifovun qeyd etdiyi kimi, görüşün gedişində Qazaxıstanın Maliyyə Nazirliyinin nümayəndələri ilə də görüş keçirilib. Səfər zamanı Qazaxıstandakı həmkarlar Azərbaycanda EITI -nin tarixi və işlərin hazırki vəziyyəti, hazırki prosesdə dövlət orqanlarının, şirkətlərin, vətəndaş cəmiyyətinin və digərlərinin rolu barədə məlumatlandırılıblar.

S.Şərifov həmçinin jurnalistlərə qazax KİV-nin bu səfəri işıqlandırması barədə məlumatları eləcə də Qazaxıstanın energetika və təbii ehtiyatlar naziri Vladimir Şkolnikovun sözlərinin dərc olunduğu qəzetdən sitat gətirib:"Biz Sizin iş rejiminizi qəbul edirik. Çünki Azərbaycan həqiqətən bu istiqamətdə real addımlar atan yeganə ölkədir. Biz sizin təcrübənizdən istifadə edərək hərəkət edirik ".

Komissiyanın rəhbəri onu da bildirib ki, Qazaxıstan təkcə neft-qaz sektorunda deyil, hasilat sənayesinin digər sahələrində də, eləcə də metal istehsalında bu təcrübədən istifadə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti