...

AZƏRBAYCANDA CİNAYƏTKARLIQ 3,8% ARTIB

Siyasət Materials 16 Avqust 2005 17:40 (UTC +04:00)

Azərbaycanda 2005-ci ilin yanvar-iyul ayları ərzində 9536 cinayət qeydə alınıb ki, bu da ötən ilin analoji dövri ilə müqayisədə 3,8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Cinayətlərinin üstünün açılması 85,8% təşkil edib. Bu zaman açılmış cinayətlərin 9,4%-i əvvəllər məhkum olunmuş şəxslər, 9,1%-i qrup halında fəaliyyət göstərən şəxslər tərəfindən, 2,8% -i sərxoş vəziyyətdə olan şəxslər, 2,4% -i isə həddi-buluğa çatmamışlar tərəfindən törədilib.

Bu ilin 7 ayı ərzində 158 qəsdən və ya adam öldürməyə cəhd halı, 124 insan səhhətinə qəsdən zərər vurma faktı, 19 zorlama və ya ona cəhd, 97 böanditizm faktı, 94 qarət, 1142 oğurluq, 521 dələduzluq, 657 xuliqanlıq, 678 yol hərəkəti qaydalarının pozulması, 6046 digər cinayətlər törədilib.

Statistikaya görə, zorakılıq və ona cəhd 2004-cü ilin analoji dövrü ilə müqayisədə 26,7%, banditizm 10,2%, oğurluq 10,3%, yol hərəkəti qaydalarının pozulması halları 5,9% artıb.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin hər 100 min nəfərinə 115 cinayət hadisəsi düşür. Hesabat dövründə 8938 hüquq pozuntusu qeydə alınıb ki, bunlardan 7149 nəfəri cinayət məsuliyyətğinə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti