...

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNDƏ MƏHBUSLARIN AZADLIĞA BURAXILMASI ÜZRƏ İŞÇİ QRUPUNUN İGLASI KEÇİRİLİB

Siyasət Materials 16 Avqust 2005 17:49 (UTC +04:00)

Avqustun 16-da Azərbaycan Respublikasının Milli Məclisində Qanunvericilik Komissiyasının sədri Əli Hüseynovun sədrliyi ilə hüquq müdafiəçiləri və dövlət orqanlarının nümayəndələrindən ibarət məhbusların problemi üzrə işçi qrupunun iclası keçirilib. Bu barədə Trend ə işçi qrupunun üzvü, hüquq müdafiəçisi Murad Sadəddinov məlumat verib.

Onun sözlərinə görə, görüşdə Avropa Şurasına təqdim olunmuş 107 və 43 nəfərdən ibarət iki siyahı üzrə müzakirələr aparılıb. Belə ki, bu günə qədər həmin siyahılar üzrə ümumilikdə 71 nəfər azadlığa buraxılıb. Sayca 4-cü dəfə keçirilən bu iclasda isə siyahı üzrə azadlığa buraxılmamış məhbusların taleyi müzakirə edilib.

"İclasda təqdim etdiyimiz amnistiya ilə bağlı təkliflər və işçi qrupuna məhbuslar tərəfindən daxil olmuş çoxsaylı ərizələr müzakirə olundu. Qeyd edim ki, təqdim eitidiyimiz siyahıda siyasi dustaqlar və Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) keçmiş üzvləri də var.

Hüquq müdafiəçiləri əsasən Gəncə Şəhər Polis İdarəsinin sabiq rəisi, Milli Qəhrəman Rasim Əkbərovun və eks-spiker Rəsul Quliyevin qardaşı oğlu Bayram Quliyevin azadlığa buraxılmaları məsələsi üzərində təkidlə dayandılar. Çünki R.Əkbərovun səhhətində ciddi problemlər var. B.Quliyevin həbsi isə sifarişlidir".

Hüquq müdafiəçisi onu da bildirdi ki, hazırda Milli Məclis üzvləri istirahətdə olduqlarına görə müzakirələr ətrafında konkret nəticə əldə olunmayıb. Bu səbəbdən də iclasın işinin sentyabr ayının 16-da davam etdirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti