...

POLŞA SƏFİRİ BİR AY ƏRZİNDƏ AƏZƏRBAYCAN RƏHBƏRLİYİNƏ ÖZ ETİMADNAMƏSİNİN TƏQDİM ETMƏLİDİR

Siyasət Materials 16 Avqust 2005 18:09 (UTC +04:00)

Polşa Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevski (Krzysztof KRAJEWSKI) avqustun 16-dan öz vəzifəsinin icrasına başlayıb. Bu barədə Trend ə Azərbaycanın Polşadakı səfirliyindən məlumat veriblər.

Səfirlikdən bildiriblər ki, K.Krayevski 1963-cü ildə anadan olub, O, Varşava universitetinin bitirib və siyasi elmlər magistridir. Diplomat 4 dildə: ingilis, rus, alman və bolqar dillərini bilir. 1993-cü ildən 2005-ci ilə kimi Polşanın XİN-də, Varnada (Bolqarıstan) Polşanın baş konsulu, Polşa Seyminin sədrinin müşaviri vəzifələrində çalışıb.

Azərbaycan onun diplomatik missiyaya başçılıq etdiyi ilk ölkədir. Ailəlidir, iki övladı var. Diplomat bir ay ərzində etimadnaməsini ölkə rəhbərliyinə təqdim etmək niyyətindədir.

Xatırladaq ki, əvvəllər bu vəzifəni Martin Navrot icra edirdi. Azərbaycandakı diplomatik missiyasını başa vurduqlan sonra o, iyunun 28-də vətənə qayıdıb. M.Navrot karyeralı diplomat idi.

O, Polşanın Azərbaycandakı diplomatik missiyasına 2001-ci ildən rəhbərlik edirdi. Azərbaycanın Polşada səfirliyi ötən il açılıb və ona Azərbaycanın keçmiş xarici işlər nraziri Vildayət Quliyev rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti