...

ABŞ SƏFİRİNİN AZƏRBAYCANIN ŞİMAL REGİONLARINA ÜÇGÜNLÜK SƏFƏRİ BAŞLAYIB

Siyasət Materials 17 Avqust 2005 11:25 (UTC +04:00)

Bu gün avqustun 17-də ABŞ-ın Bakıdakı səfiri Rino Harnişin Azərbaycanın şimal regionlarına üçgünlük səfəri başlayıb.

Səfirliyin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, səfər çərçivəsində səfirin bir sıra tədbirlərdə iştirakı gözlənilir. Amerikalı diplomat Dəvəçi şəhərində rayon kitabxanası və informasiya mərkəzinin açılışında iştirak edəcək. Daha sonra R.Harniş marketinq mərkəzinin açılacağı Qubaya gedəcək.

Səfər gedişində həmçinin ictimaiyyət nümayəndələri, siyasi partiyaların liderləri və seçki bloklarının üzvləri ilə görüşlər də planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti