Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 18-də ölkənin bir sıra rayonlarına, xüsusilə Qəbələ, Oğuz və İsmayıllıya səfər edəcək. Trend in məlumatına görə, bu barədə prezidentin mətbuat katibi Azər Qasımov avqustun 17-də mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, prezident səfər çərçivəsində bir sıra obyekt və müəssisələrin açılışında iştirak edəcək və bu rayonların ictimaiyyəti ilə görüşəcək.