...

YAP-LA MÜTTƏFİQ PARTİYALAR ARASINDA NAMİZƏDLƏRLƏ BAĞLI RAZILAŞMA OLACAQ

Siyasət Materials 17 Avqust 2005 14:06 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyası ilə müttəfiqliyə böyük üstünlük veririk və onlarla öz fəaliyyətimizi tənzimləyəcəyik. Namizədlər siyahısından da görünür ki, YAP böyük gücə malikdir.

YAP-la Ana Vətən Partiyasının namizədləri arasında ictimai rəyə görə hansıları üstünlüyə malikdirsə, bunu nəzərə alacağıq və o namizədi dəstəkləyəcəyik". Bu fikirləri Trend ə Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Qeyd edək ki, YAP 109 dairədə namizədlərinin siyahısını açıqlayıb, 16 dairədə isə müttəfiq partiyaların namizədlərini və nüfuzlu şəxsləri dəstəkləyəcək. F.Ağamalı bildirib ki, hakim partiya ilə ona müttəfiq olan partiyalar aralasında şihafi razılaşma olacaq: "Seçkilərin gedişində YAP və digər müttəfiq partiyalarla konkret razılaşma əsasında seçkiyə qatılacağıq.

Müəyyən namizədlərin dairələr üzrə razılaşdırılması, dəstəklənməsi ilə bağlı razılaşma əldə olunacaq"-deyə F.Ağamalı bildirib.

O, həmçinin əlavə edib ki, YAP-ın, həmçinin AVP-nin seçkidə rəqibləri müxalifət partiyaları və seçki blokları, onların namizədləridir.

Xəbər lenti

Xəbər lenti