...

İLHAM ƏLİYEV İSMAYILLI RAYONUNA SƏFƏR EDƏCƏK

Siyasət Materials 17 Avqust 2005 14:38 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev respublikanın şimal-qərb regionlarına səfəri çərçivəsində avqustun 19-da İsmayıllı rayonuna gedəcək.

İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Pərviz Ağayevin Trend ə bildirdiyinə görə, səfər çərçivəsində prezidentin molokanların sıx yaşadıqları "Nikitin" adına kollektiv təsərrüfata baş çəkəcəyi gözlənilir.

Həmçinin keçmiş prezident Heydər Əliyevin abidəsinə gül dəstələrinin qoyulacağı, şəhər meydanında idman yarışlarının keçiriləcəyi və ictimaiyyətlə görüş nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti