...

MEDİA BLOKU 125 DAİRƏ ÜZRƏ LAYİQLİ NAMİZƏDLƏRİ DƏSTƏKLƏYƏCƏK

Siyasət Materials 17 Avqust 2005 15:48 (UTC +04:00)

"Müstəqil media-2005" seçki bloku 125 seçki dairəsindən ən layiqli hesab etdiyi namizədləri dəstəkləyəcək. Bu barədə Trend ə media blokunun üzvü, "Olaylar" qəzeti və agentliyinin direktoru Yunus Oğuz məlumat verib.

O, bildirib ki, blokda təmsil olunan redaktorlardan 6 nəfəri namizədliyini irəli sürüb. Lakin blok ölkə üzrə bütün seçki dairələrindən bir nəfərə dəstək verəcək.

"Bütün namizədlərin qeydə alınması prosesi bitdikdən sonra media bloku Mərkəzi Seçki Komissiyasının ümumi siyahısına baxacaq. Siyasi mövqeyindən asılı olmayaraq ən layiqli şəxsləri 125 dairə üzrə dəstəkləyəcək.

Bunlar həm siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının namizədləri, həm də heç bir qurumda, seçki blokunda təmsil olunmayan və fərdi qaydada seçkiyə qatılan şəxslər ola bilər"-deyə Y.Oğuz bildirib.

Qeyd edək ki, media bloku üzvləri arasında seçkidə iştirak etməyə ən sonuncu qərar verən Yunus Oğuz 46 saylı Əli-Bayramlı seçki dairəsindən namizədliyini irəli sürəcək.

Xəbər lenti

Xəbər lenti