...

İLHAM ƏLİYEV QƏBƏLƏ RAYONUNA AVQUSTUN 18-DƏ SƏFƏR EDƏCƏK

Siyasət Materials 17 Avqust 2005 16:05 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin ölkənin şimal-qərb rayonlarına səfəri avqustun 18-də Qəbələ rayonuna səfərlə başlayacaq.

Qəbələ rayonunun İcra hakimiyyətinin başçısının müavini Oktay Hacıyevin Trend ə verdiyi məlumata görə, səfərlə bağlı hazırlıq işləri tam başa çatıb.

"Səfər cümə axşamı (avqustun 18-də) saat 09.00-da Heydər Əliyev adına mərkəzi şəhər parkına baş çəkməklə və ictimaiyyət nümayəçndələri iilə görüşlərlə başlanacaq", - deyə O. Hacıyev qeyd edib.

Səfər çərçivəsində dövlət başçısının kərpiç -çınqıl zavodunun inzibati binasının təməlinin qoyulması mərasimində və tam təmir olunmuş Qəbələ Mədəniyyət Evində bu raylonda istehsal olan malların və məhsulların sərcisində iştirakı gözlənilir.

Eyni zamanda dövlət başçısı Qəbələ şəhərinin 2-3 km-də yerləşən bulaqdan çəkilmiş su kəmərinin açsılışında da iştirak edəcək.

İlham Əliyev həmçinin şirə istehsalı üzrə zavodun tikintisinə də baş çəkəcək. Rayonun İcra hakimiyyətinin başçısının müavini xatırladıb ki, bu zavodunu texniki təminatı barədə razılıq prezidentin İtaliyaya səfəri zamanı əldə olunub.

"Tikinti üçün lazım olan avadanlıqlar artıq Azərbaycana gətirilib, zavodunun özünün tikintisi isə böyük sürətlə davam edir" -deyə O. Hacıyev bilidirib.

Qarşıdakı səfər çərçivəsində çörək-bulka sexinin və qoz emal edən zavodların istismara veriləcəyi güman edilir.

Xəbər lenti

Xəbər lenti