...

KÜRD ƏSİLLİ JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİNƏ HAKİM SALMAN HÜSEYNOVUN SƏDRLİYİ İLƏ BAXILACAQ

Siyasət Materials 17 Avqust 2005 17:43 (UTC +04:00)

Kürd əsilli jurnalist, Türkiyə Republikasının hüquq-mühafizə orqanları tərəfindən PPK terror təşkilatı ilə əməkdaşlıqda təqsirləndirilən Elif Pelitin həmin ölkəyə verilməsi barədə Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair işlər Üzrə Məhkəmənin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi Salman Hüseynvoun icraatındadır. Bu barədə Trend ə Elif Pelitin vəkili Namizəd Səfərov məlumat verib.

Vəkilin sözlərinə görə, hazırda hakim məzuniyyətdədir və bu səbəbdən də məhkəmə iclası yubanır. Ancaq yaxın günlərdə Elif Pelitin Türkiyə Respublikasına verilib-verilməməsi məsələsi öz həllini tapacaq. "İlkin instansiya məhkəməsi Elif Pelitin Türkiyəyə verilməsi ilə bağlı ədalətsiz qərar çıxarıb.

PKK ilə əməkdaşlığa görə1994-96-cı illərdə Elif Pelit barədə Türkiyə Respublikasının istintaq orqanları tərəfindən cinayət işi qaldırılıb. Ancaq onun PKK ilə əməkdaşlığı sübuta yetirilmədiyi üçün həmin cinayət işinə xitam verilib.

Yəni hazırda onun barəsində heç bir cinayət işi yoxdur. Bundan əlavə, Elif Pelit bir neçə il əvvəl Almaniya Respublikasından siyasi sığınacaq alıb və həmin ölkənin vətəndaşıdır. Onu Azərbaycan Rsepublikasından yalnız vətəndaşı olduğu ölkə tələb edə bilər" - deyə vəkil bildirib.

Xatırladaq ki, "Mesopomiya" informasiya agentliyinin əməkdaşı olan Elif Pelit ötən ilin noyabr ayında Naxçıvan MR sərhədindən qeyri-qanuni şəkildə Azərbaycan Respublikasına keçərkən saxlanılmışdı. Bu hərəkətinə görə o, məhkəmə yolu ilə 2.000 ABŞ dolları cərimələnərək azadlığa buraxılmışdı.

Ancaq elə məhkəmə zalındaca Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həbs edilmişdi. Səbəb Türkiyə Respublikasının istinqtaq orqanlarının Elif Pelitin həmin ölkəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına ünvanladığı xahiş olmuşdu.

Xəbər lenti

Xəbər lenti