...

UKRAYNA MÜSTƏQİLLİYİNİN 14-CÜ İLDÖNÜMÜNÜ QEYD EDİR

Siyasət Materials 17 Avqust 2005 18:03 (UTC +04:00)

Avqustun 24-də Ukrayna Müstəqilliyinin elan olunmasının 14-cü ildönümünü qeyd edir. Bu hadisə münasibətilə avqustun 17-də Ukraynanın Azərbaycanda müvəqqəti işlər vəkili İqor Kezima keçirdiyi mətbuat konfransında bildirib ki, Ukraynanın hazırki rəhbərliyinin xarici siyasətinin əsas məqsədi Avropa Birliyi ölkələrinə inteqrasiya və müstəqiml respublikalarla mehriban qonşuluq münasibətlərini möhkəmləndirməkdir.

Onun sözlərinə görə, Ukraynanın yeni hökuməti ən qısa müddətdə ölkənin Avropa strukturlarına və digər beynəlxalq təşkilatlara yaxınlaşması üçün bütün zəruri mexanizmləri yaratmaq niyyətindədir.

"Bu gün demokratik cəmiyyətin inkişafı prosesləri, etnik və millətlərarası münaqişələrin olmaması, ölkə həyatında fəal siyasi, iqtisadi və ictimai islahatların aparılması Ukraynada dövlətçiliiyn əsas əlamətidir.

Diplomatın sözlərinə görə, Azərbaycan possovet məkanındakı ölkələr arasında əsas yer tutur. O bildirib ki, Azərbaycan Ukrayna üçün dost ölkə və strateji partnyordur və bu münasibətlər Dostluq və əməkdaşlıq şahhıqda Müqaviləyə əsaslanır.

Ukraynanın yeni rəhbərliyi dövründə Azərbaycavnla münasibətlər intensiv şəkildə inkişaf etməkdədir. Buna iki ölkənin rəsmi şəxslərinin qarşılıqlı səfərləri şərait yaradıb.

İ.Kezima bildirib ki, ikitərəfli ticarət-iqtisadi əlaqələrin təhlilil sabit inkişafı və müsbət irəliləyişləri bir daha təsdiqləyir. Ötən il üzrə mal dövriyyəsinin həcmi 189 milyon dollar təşkil edirdisə, bu ilin beş ayının yekunlarına görə bu rəqəm 91,1 milyon dollar, başqa sözlə, ötən ilin göstəricilərinə nisbətən 43,6% çoxdur.

Xəbər lenti

Xəbər lenti