...

VİKTOR YUŞENKO PARLAMENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Siyasət Materials 17 Avqust 2005 18:34 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko parlament seçkiləri ərəfəsində Bakıya rəsmi səfərə gələcək. Trend in məlumatına görə, bu barədə avqustun 17-də Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kezima mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər qarşıdakı səfərə fəal sürətdə hazırlaşırlar. Danıqınların gündəliyi hazırlanır, səfər çərçivəsində imzalanacaq sənədlər paketi razılaşdırılır. Sənədlər aqrar sahədə əməkdaşlığın inkişafını, elmi-istehsal fəaliyyətini, həmçinin neft-qaz sahəsini əhatə edir.

Diplomatın sözlərinə görə, Ukrayna tərəfi Bakıya səfər çərçivəsində biznes-forumun və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının keçirilməsini məqsədəuyğun hesab edir.

İ.Kezima həmçinin bildirib ki, Ukrayna rəhbərliyi hazırda Ukraynanın Azərbaycandakı yeni səfirinin təyin edilməsi məsələsini nəzərdən keçirir.

"Ukraynanın Azərbaycanda növbəti səfirinin kim olacağı prezident Yuşenkonun müvafiq sərəncamının imzalanmasındlan sonra məlum olacaq", - deyə diplomat qeyd edib. O, dövlət başçısının səfərinə qədər səfirin təyin olunacağını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti