...

DƏRVİŞ KAMAL DƏNİZ: KİPR TÜRK AVİAXƏTTİ YAXIN VAXTLARDA BAKIYA BİRBAŞA REYSLƏR HƏYATA KEÇİRƏCƏK

Siyasət Materials 17 Avqust 2005 19:08 (UTC +04:00)

Kipr Türk Aviaxəti (KTHY) şirkəti yaxın vaxtlarda Bakıya birbaşa reyslər həyata keçirəcək. Trend in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzetinə istinadən Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadiyyat və turizm naziri Dərviş Kamal Dəniz məlumat verib.

Nazir bildirib ki, Azərbaycan höjkuməti Lefkoşadan Bakıya birbaşa reyslərin açılmasına dair təklifə müsbət yanaşıb. D. K. Dənizin sözlərinə görə, bu reysin ən yaxın vaxtlarda fəaliyyətə başlaması üçün bu istiqamətdə konkret tədbirlər görüləcək.

"Lefkoşa-Bakı-Lefkoşa reysi ən yaxın vaxtlarda həyata keçiriləcək", - deyə ŞKTR-nın iqtisadiyyat və turizm naziri bildirib.

Xəbər lenti

Xəbər lenti