...

İLHAM ƏLİYEV FRANSA PREZİDENTİ JAK ŞİRAKA BAŞSAĞLIĞI VERİB

Siyasət Materials 18 Avqust 2005 16:10 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev avqustun 18-də Fransa prezidenti Jak Şiraka məktub göndərərək ona Venesuela ərazisində sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Məlumatı Trend yayıb. "Venesuelada baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə baş sağlığı verirəm".

Xəbər lenti

Xəbər lenti