...

AXCP QARŞISINDA NÖVBƏTİ ETİRAZ AKSİYASINA CƏHD GÖSTƏRİLİB

Siyasət Materials 18 Avqust 2005 17:23 (UTC +04:00)

Avqustun 18-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) qarşısında növbəti etiraz aksiyasına cəhd göstərilib. Trend in məlumatına görə, bir qrup Ucar rayon sakini partiyanın qarşısına toplaşıblar.

Lakin polis əməkdaşları onların icazəsiz aksiyasının qarşısını alıb. Ucar sakinləri "Yeni fikir" gənclər təşkilatının sədri Ruslan Bəşirlinin əməllərinə etrazlarını bildirb, həmçinin AXCP rəhbərliyini ermənilərlə əlbir olmaqda ittiham edib, bu qurumun siyasi fəaliyyətini dayandırmasını tələb ediblər.

Lakin bu dəfə də AXCP üzvləri sədrin göstərişinə uyğun olaraq qərargahdan bayıra çıxmayıblar. Buna görə də partiya üzvləri ilə aksiya iştirakçıları arasında heç bir insident baş verməyib.

Xəbər lenti

Xəbər lenti