...

AR DNŞ-İN RƏHBƏRİ: BTC BORU KƏMƏRİ ÜZRƏ AZƏRBAYCAN-QAZAXISTAN HÖKUMƏTLƏRARASI SAZİŞİ OYUNUN QAYDALARINI MÜƏYYƏN ETMƏYƏ İMKAN VERƏCƏK

Siyasət Materials 18 Avqust 2005 19:00 (UTC +04:00)
AR DNŞ-İN RƏHBƏRİ: BTC BORU KƏMƏRİ ÜZRƏ AZƏRBAYCAN-QAZAXISTAN HÖKUMƏTLƏRARASI SAZİŞİ OYUNUN QAYDALARINI MÜƏYYƏN ETMƏYƏ İMKAN VERƏCƏK

AR DNŞ-in prezidenti Natiq Əliyevin Trend ə eksklüziv müsahibəsi

- Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neftin birgə nəqlinə dair Azərbaycan-Qazaxıstan hökumətlərarası sazişinin imzalanması hazırda hansı mərhələdədir?

Hökumətlərarası sazişin imzalanması məqsədilə hər iki ölkə çox böyük işlər görüb və Aktau-Bakı nəqliyyat dəhlizinin ümümi prinsipləri müəyyən edilib.

Əvvəllcə biz sənədi 2005-ci il mayın 25-də BTC boru kəmərinin istismara verilməsinin təntənəli mərasimində imzalamağı nəzərdə tutmuşduq, lakin bir sıra səbəblər üzündən Qazaxıstan buna hazır deyildi.

Aktau-Bakı sistemi Azərbaycan və Qazaxıstandan neftin nəql edilmə rejimləri ilə bağlı xüsusi şəraitin yaradılmasını tələb edir. Hökumətlərarası saziş oyunun qaydalarını müəyyən etmək məqsədilə bağlanılır: yəni Aktau-Bakı nəqliyyat sistemi necə fəaliyyət göstərəcək.

Əgər Azərbaycan və Qazaxıstan hökumətləri Aktau-Bakı nəqliyyat sisteminin effektivliyində maraqlıdırsa, o zaman onların bu dəhliz üçün güzəştli gömrük, vergi və digər şərait yaratmaq hüquqları var.

Hökumətlərarası saziş imzalandıqdan sonra artıq heç də az əhəmiyyətli olmayan nəqliyyat sazişi imzalanacaq. Saziş əlverişli investisiya rejiminin yaradılması, yəni investorlar tərəfindən terminalların, limanların, neft kəmərlərinin inşa olunması məqsədilə imzalanır.

- Azərbaycan və Qazaxıstan hökumətlərarası sazişin tezliklə imzalanması nə dərəcədə mümkündür?

Biz Qazaxıstan nümayəndələrindən məktub almışıq və bu məsələ üzrə danışıqlar davam etdiriləcək.

Qazaxıstan tərəfi hökumətlərarası sazişin bir sıra bəndləri üzrə öz qeydlərini göndərib və onlar mütəxəssislər tərəfindən təhlil olunur.

Biz bu qeydlərin mahiyyətini öyrənərək sentyabr ayında qazaxıstanlı həmkarlarımızla görüşməyə hazırlaşırıq.

Ola bilsin ki, görüş Qazaxıstanda keçiriləcək. Lakin onun Bakıda da keçirilməsi istisna edilmir. Biz saziş üzrə bütün məsələləri bir daha müzakirə etmək niyyətindəyik.

Güman edirəm ki, biz bütün işləri tezliklə yekunlaşdıracağıq və bundan sonra yalnız sazişin imzalanması üçün əlverişli şəraitin yaranmasını gözləmək qalır.

Bununla paralel olaraq biz, həmçinin, növbəti nəqliyyat sazişi üzərində işləyəcəyik.

- BTC boru kəmərinə zəmanətli neft tədarükçüsü "Kaşaqan" yatağının işlənib hazırlanması bir neçə ildən sonra gözlənildiyi halda, hökumətlərarası sazişin məhz indi imzalanmasına ehtiyac varmı?

Aktau-Bakı nəqliyyat dəhlizi üzərində işə başlamaq üçün hökumətlərarası nəqliyyat sazişi mümkün qədər tez imzalanmalıdır.

Qazaxıstan ərazisində həyata keçiriləcək lazımi infrastrukturun yaradılması layihəsi $3 mlrd dəyərində qiymətləndirilir.

Bu məbləğə terminal, liman infrastrukturu və 125 min ton tonnajlı 5 neft daşıyan tankerin inşası da daxildir.

Bu saziş imzalandıqdan və oyunun qaydaları müəyyən olunduqdan sonra investorlar tərəfindən vəsaitlər ayrılacaq. Lakin qeyd etmək lazımdır ki, artıq potensial investorlar var, onlar "Kaşaqan" yatağı layihəsinin bir neçə iştirakçısıdır.

Lakin investorlar konsorsium yaratmaq, maliyyələşdirməni təmin etmək üçün hansı qaydalar üzrə, hansı hüquqi əsasda oynamaq lazım olduğunu bilməlidirlər və sazişlər nə qədər tez imzalanarsa, bu sahədə işlər bir o qədər tez başlayacaq.

Belə bir məlumat var ki, Fransanın Total şirkəti Aktau-Bakı sistemi çərçivəsində Azərbaycanda dəniz terminalı yaratmaq niyyətindədir.

Heç bir hökumətləarası və nəqliyyat sazişi imzalanmadan şirkətin işə başlaması mümkündürmü?

Total şirkəti şəxsi qaydalar üzrə fəaliyyət göstərən nəqliyyat dəhlizi yaratmaq niyyətindədir.

Bu dəhliz 50-60 il müddətində fəaliyyət üçün nəzərdə tutulub və Xəzər regionunda neft istehsalı ilə paralel olaraq daim inkişaf edəcək. Əlbəttə, şirkət işə elə bu gün də başlaya bilər, lakin o, iki ölkə arasında heç bir saziş imzalamadan oyuna girmək istəyir.

O, uzun müddət ərzində neftin nəqli üzrə fəaliyyətə zəmanət verən şərtlər əldə etmək istəyir. İnvestorlar oyunun qaydalırının dəyişməməsinə əmin olmalıdırlar, çünki bu olduqca böyük riskdir.

Layihənin həyata keçirilməsi üçün milyardlarla investisiya vəsaiti tələb olunur.

- Bü gün Azərbaycanda terminallar var və onlar uğurla fəaliyyət göstərirlər. Yeni terminalın inşası nə dərəcədə vacibdir?

Biz Azərbaycanda həm mövcud infrastrukturu genişləndirə, həm də Aktau-Bakı dəhlizi ilə neftin nəqli üçün yeni terminal yarada bilərik. Bu isə investorların Azərbaycanda mövcud obyektlərdən istifadə etmək və ya ayrı terminallar inşa etmək istəklərindən asılıdır.

Yeni infrastrukturun yaradılması Qazaxıstan üçün çox vacibdir. Aktau limanı yalnız bu gün mövcud olan daşımaları təmin edəcək. Söhbət "Kaşaqan" yatağından daşınacaq 25 mln ton neftdən gedir.

Qazaxıstan sənədlərin tezliklə imzalanmasında daha çox maraqlı olmalıdır. Bu onlara infrastrukturun inkişaf etdirilməsi üçün özünün investor qrupunu yaratmağa imkan verəcək.

- BTC neft kəməri ildə 50 mln ton neft daşıma qabiliyyətinə malikdir və ABƏŞ "Azəri-Çıraq-Günəşli" yatağında məhz elə bu qədər xammal hasil edəcək.

Əgər Qazaxıstan ildə daha 25 mln ton neft versə, boru kəməri ilə onun nəqli necə həyata keçiriləcək?

BTC boru kəmərini bu qədər genişləndirmək mümkündürmü?

- "Kaşaqan" yatağının işlənib-hazırlanması üzrə layihənin səhmdarları 2010-cu ilə 25 mln ton neft çıxarmaq niyyətindədirlər. BTC boru kəmərində isə bu mümkün olmayacaq, çünki "Azəri-Çıraq-Günəşli" yatağından neft bütün daşıma qabiliyyətini təmin edəcək.

Proqnozlara əsasən, "Azəri-Çıraq-Günəşli" yatağından sutkada 1 mln bar. neft yox, 1,2 mln bar. neft çıxarılacaq. Bütövlükdə BTC boru kəmərini sutkada 1,8 mln bar. neftin nəql olunması üçün genişləndirmək mümkün olacaq. Lakin biz onun genişləndirilməsinin nə dərəcədə faydalı olub-olmayacağını nəzərə almalıyıq.

BTC boru kəmərinin daşıma qabiliyyətini 80% genişləndirmək üçün ilkin proqnozlara əsasən 1 mlrd dollar vəsait lazımdır.

Bizim üçün neft istehsalçıları ilə sazişlər bağlayaraq xammal tədarükü üzrə öhdəliklər əldə etmək daha vacibdir, yalnız bundan sonra boru kəmərinin genişləndirilməsi proqramını hazırlamaq olar.

Kim neft nəql etmək istəyirsə, qoy elə onun özü də onu maliyyələşdirsin, biz isə borunun genişləndirilməsi ilə məşğul olarıq.

- BTC neftinin keyfiyyət bankı işlənibmi?

Axı Qazaxıstandan neftin nəqlinə başlanıldıqda, xammal Azərbaycanın keyfiyyətli Azəri Light nefti ilə qarışacaq.

Bizim keyfiyyət bankı üzrə artıq konsepsiyamız var. Hazırda Azəri Light neftinin bir bareli yaxşı qiymətə satılır.

BR şirkətinin sayəsində bu neft bütün dünyada tanınıb. BTC boru kəməri "Azəri-Çıraq-Günəşli" yatağından neftlə doldurulana qədər Azəri Light markalı neft Türkiyənin Ceyhan boru kəmərində öz keyfiyyətini saxlayacaq, lakin digər aşağı keyfiyyətli növlərlə qarışdıqdan sonra yaranmış məsələn, BTC Blend adlı qatışıq Azəri Light neftindən çox ucuz qiymətə satılacaq.

Keyfiyyət Bankı daha keyfiyyətli neft sahiblərinin neftin aşağı keyfiyyətli xammalla qarışması zaman uduzmayacaqları deməkdir. Və keyfiyyətli neft istehsalçıları keyfiyyət itkisinə görə kompensasiya alacaqlar.

Xəbər lenti

Xəbər lenti