...

MİLLİ DEMOKRAT PARTİYASI ƏDLİYYƏ NAZİRLİYİ QARŞISINDA PİKET KEÇİRMƏKDƏ İSRARLIDIR

Siyasət Materials 19 Avqust 2005 13:24 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyası (AMDP) Ədliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirməkdə israrlıdır.

Partiyadan Trend ə verilən məlumata görə, AMDP-nin dövlət qeydiyyatına alınması probleminin həllini tapmamasına etiraz olaraq avqustun 24-də nazirliyin qarşısında piket keçiriləcək. Aksiya ilə bağlı müraciətə Bakı Şəhər İcra Hakimiyyətindən hələlik cavab verilməyib.

Partiya fəalları Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verib-verməməsindən asılı olmayarapq piket keçirəcəklərini bildiriblər. Sentyabr ayında isə Milli Demokrat Partiyasının silsilə aksiyaları başlayacaq. Bu barədə artıq partiya rəhbərliyinin qərarı var.

Qeyd edək ki, AMDP-nin bundan əvvəl Ədliyyə Nazirliyinin qarşısında piket keçirmək cəhdlərinin qarşısı polislər tərəfindən alınıb.

Xəbər lenti

Xəbər lenti