...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İSMAYILLI RAYONUNA SƏFƏR EDİB

Siyasət Materials 19 Avqust 2005 14:19 (UTC +04:00)
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İSMAYILLI RAYONUNA SƏFƏR EDİB

Ölkə regionlarının inkişafı Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsasını təşkil edir. Trend in məlumatına görə, bu barədə avqustun 19-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev H.Əliyev adına şəhər mədəniyyət mərkəzi qarşısında İsmayıllı rayon ictimaiyyəti ilə görüşündə bildirib.

Dövlət başçısı qeyd edib ki, regional inkişaf üzrə dövlət proqramı ilə yanaşı hökumətə və rayon icra hakimiyyəti başçılarına hər bir rayonun inkişaf proqramının işlənib hazırlanması və tətbiq olunması ilə bağlı konkret tapşırıqlar verilib. Prezident onu da vurğulayıb ki, bundan sonra regionlara daha çox diqqət ayrılacaq, yeni müəssisələr və iş yerləri açılacaq.

İ.Əliyev rusların sıx yaşadığı İvanovko kəndinə baş çəkib. O xatırladıb ki, bu kənd SSRİ-nin dağılmasından sonra kolxoz və sovxozların saxlanıldığı yeganə yaşayış məntəqəsidir və bu ənənə bundan sonra da davam etdiriləcək. Prezident kəndlilərə müasir məktəbin inşası üçün yer seçməyi də təklif edib.

Elə həmin gün dövlət başçısı "Green House" turizm mərkəzinin fəaliyyəti ilə tanış olub və kərpic zavodunun təməlinin qoyulması mərasimində iştirak edib.

Xəbər lenti

Xəbər lenti