...

İLHAM ƏLİEV: AZƏRBAYCANIN HƏR BİR RAYONUNUN ÖZÜNÜNÜ İQTİSADİ İNKİŞAF PROQRAMI OLMALIDIR

Siyasət Materials 19 Avqust 2005 16:05 (UTC +04:00)

Razərbaycanın regionlarının dövlət inkişaf proqramları ilə yanaş respublikanın hər bir rayonu üzrə fərdi iqtisadi inkişaf proqramları olmalıdır. Trend in ATV telekanalına istinadən yaydığı xəbərə görə, belə bir bəyanatla avqustun 19-da ölkənin şimal-qərb rayonlarında səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

Dövlət başçısının sözlərinə görə, bu proqramların hazırlanması məqsədilə Azərbaycanın Nazirlər Kabineti əlavə maliyyə yardımı ayıracaq. İlham Əliyev qeyd edib ki, ölkə hökumətinin başlıca vəzifəsi Azərbaycanın şəhər və kəndləri arasında iqtisadi fərqi minimuma endirməkdir.

İ. Əliyev qeyd edib ki, ölkənin kənd təsərrüfatı kompleksinin inkişafı məqsədilə bütün kənlər müvafiq texnika ilə təmin olunacaqlar.

Prezident göstərib ki, onun ünvanına göndərilən şikayətlərin xarakteri dəyişib və son zamanlar belə müraciətlər "fərdi" xarakter daşımağa başlayıb. "Bu, ölkədə köklü problemlərin olmadığını göstərir", - deyə İlham Əliyev bildirib.

İsmayıllı rayonunun İvanovka kəndində olarkən, Azərbaycan dövlətinin başçısı kəndin molokon sakinləri qarşısında da çıxış edib. İlham Əliyev bəyan edib ki, "Azərbaycan həmişə beynəlmiləl dövlət olub.

Biz daim bu faktla fəxr etmişik", - deyə İ. Əliyev qeyd edib ki, ölkə rəhbərliyinin İvanovka sakinlərinə dəstəyi bundan sonra da davam edəcək.

Elə həmin gün prezident İsmayıllı rayonunda yerləşən "Green House" turist kompleksində də olub.

Xəbər lenti

Xəbər lenti