...

ANAR MƏMMƏDXANOV: "YAP-IN MƏNİM RƏQİBİMİ DƏSTƏKLƏMƏSİ SEÇKİ KAMPANİYAMA MƏNFİ TƏSİR ETMƏYƏCƏK"

Siyasət Materials 19 Avqust 2005 17:03 (UTC +04:00)

Bu il noyabrda keçiriləcək parlament seçkisində yenidən iştirak edən millət vəkili Anar Məmmədxanovun namizədliyi dairə seçki komissiyası tərəfindən artıq qeydə alınıb. Bu barədə Trend ə A.Məmmədxanov məlumat verib.

O, 30 saylı Suraxanı seçki dairəsindən namizədliyini irəli sürüb. Seçkiyə bitərəf namizəd kimi qatılan Anar Məmmədxanov heç bir seçki blokuna qoşulmayacaq. Həmçinin onun adı heç bir seçki blokunun və partiyanın dəstəklədiyi şəxslər sırasına daxil edilməyib.

"Mənim üçün əsas öz seçicilərim, onların fikirləridir. Əlbəttə, əgər seçki blokları tərəfindən mənim namizədliyim dəstəklənsəydi buna şad olardım. Amma hesab edirəm ki, öz seçilərimin dəstəyi mənim üçün yetərlidir"-deyə A.Məmmədxanov vurğulayıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 30 saylı Suraxanı çeçki dairəsindən Fikrət Babayevin namizədliyini dəstəkləyir. Hakim partiyanın A.Məmmədxanova deyil, onun rəqibinə dəstək verməsinə münasibətini açıqlayarkən millət vəkili bildirib ki, bu, YAP-ın öz seçimidir və onun qərarını normal qarşılayıb. A.Məmmədxanov həmçinin bildirib ki, hakim partiyanın digər namizədə dəstək verməsi onun seçki kampaniyasına və seçkidə uğur qazanmasına mənfi təsir göstərməyəcək.

Xəbər lenti

Xəbər lenti