...

ASİM MOLLAZADƏ: AŞPA SƏDRİNİN BAKIYA SƏFƏRİ AZƏRBAYCANDA AVROPA DƏYƏRLƏRİNİN YARADILMASINA XİDMƏT EDİR

Siyasət Materials 19 Avqust 2005 18:02 (UTC +04:00)
ASİM MOLLAZADƏ: AŞPA SƏDRİNİN BAKIYA SƏFƏRİ AZƏRBAYCANDA AVROPA DƏYƏRLƏRİNİN YARADILMASINA XİDMƏT EDİR

Avropa Şurası Parlament Assamleyasının (AŞPA) sədri Rene van der Lindenin Cənubi Qafqaz regionuna səfəri Azərbaycanda Avropa dəyərlərinin bərqərar olmasına xidmət edir və rəsmi Bakı ilə Avropa Şurası arasında əməkdaşlığın inkişafına yeni impuls verir. Bu barədə Trend ə müsahibəsində Demokratik İslahatlar Partiyasının sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Asim Mollazadə bildirib.

"AŞPA sədrinin səfəri çox müsbət və mühüm hadisədir", - deyə bildirən A.Mollazadə bildirib ki, R.Lindenin səfəri AŞPA qarşısında Azərbaycanın və ümumilikdə bütün Cənubi Asiya regionunun əhəmiyyətini daha da qabardır.

V.Lindenin Yerevanda və Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı apardığı daşınıqlar prosesinə təsiri barədə sualı cavablandıran A. Mollazadə qeyd edib ki, AŞPA-nın mövqeyi Dağlıq Qarabağ problemi ilə bağlı xüsusi qətnamədə dəqiq ifadə olunub.

"Sentyabrın 12-də Parisdə AŞPA-nın Dağlıq Qarabağ üzrə işçi qrupunun iclası keçiriləcək", - deyə DİP-nın sədri xatırladıb və qeyd edib ki, həm Qarabağ mövzusu, həm də Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri necə yerinə yetirməsi ilə bağlı olan məsələlər, qarşıdakı parlament seçkiləri R.Lindenin Bakıda keçirəcəyi müzakriələrdə mərkəzi mövzu olacaq.

Sonda Asim Mollazadə bildirib ki, həm DİP-nın lideri, həm də AŞPA nümayəndə heyətinin üzvü kimi Rene van der Lindenlə görüşlərdə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti