...

PROKUROR HACI MƏMMƏDOVUN YAXIN QOHUMUNA 4 İLLİK HƏBS CƏZASI TƏLƏB EDİB

Siyasət Materials 19 Avqust 2005 18:34 (UTC +04:00)

Avqustun 19-da Abşeron Rayon Məhkəməsində hakim Rasim Ağayevin sədrliyi ilə DİN Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun yaxın qohumu Xosrov Cavadovun məhkəməsi davam etdirilib. Bu barədə Trend ə X.Cavadovun vəkili Aydın Nəzərli məlumat verib.

Xosrov Cavadov AR CM-nin 228.2.1 maddələri ilə təqsirləndirilir. X.Cavadova qarşı irəli sürülmüş ittihama görə, o, Saray qəsəbəsində yerləşən mülkündə qanunsuz odlu silah saxlayıb. Bu silahlar Hacı Məmmədovun həbsindən sonra həmin mülkdə axtarış aparılarkən aşkar edilib.

Dövlət ittihamçısı çıxış edərək məhkəmədən Xosrov Cavadova 4 illik həbs cəzası təyin edilməsini tələb edib. Xosrov Cavadovsa təqsirsiz olduğunu bir daha məhkəmənin nəzərinə çatdırıb və söyləyib ki, həmin silahlar qaynı Hacı Məmmədova məxsus olub. "Məni isə hər hansı silaha görə yox, sadəcə, Hacı Məmmədovun qohumu olduğuma görə həbs ediblər" - deyə Xosrov Cavadov bildirib.

Xəbər lenti

Xəbər lenti