...

ELMAR HÜSEYNOVUN QƏTLİNİ ARAŞDIRAN İSTİNTAQ-ƏMƏLİYYAT QRUPU GÜRCÜSTANDA BİR SIRA İSTİNTAQ HƏRƏKƏTLƏRİ HƏYATA KEÇİRİB

Siyasət Materials 19 Avqust 2005 19:34 (UTC +04:00)

Mart ayının 2-də odlu silahla öldürülmüş "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini araşdıran istintaq-əməliyyat qrupu Gürcüstanda bir sıra istintaq hərəkətləri həyata keçirib. Bu barədə Trend ə Milli Təhkükəsizlik Nazirliyindən (MTN) məlumat verilib.

Məlumatda bildirilir ki, Gürcüstana ezam olunmuş istinqtaq-əməliyyat qrupunun üzvləri həmin ölkənin hüquq-mühafizə orqanlarının yaxından köməyi ilə həyata keçirdiyi istintaq hərəkətləri nəticəsində qətlin törədilməsində təqsirləndirilən və barələrində beynəlxalq axtarış elan olunmuş Tahir Xubanovla Teymuraz Əliyevin Tbilisi şəhərində yaşadıqları mənzillərdə axtarışlar aparıblar. İstintaq hərəkətləri nəticəsində istintaq üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, çoxlu sayda şahidlər dindirilib, müxtəlif rəsmi instansiyalarasorğular edilib və müvafiq cavablar alınıb.

Axtarışlar zamanı Tahir Xubanovun və Teymuraz Əliyevin mənzillərindən aşkar olunmuş maddi sübutlar tədqiq edilməsi, habelə onların əvvəllər hadisə yerinə yaxın ərazidən tapılmış bir ədəd toxunma papaqla və kirayə yaşadıqları mənzildən aşkar edilmiş yastıq üzlükləri, onların üzərindəki liflər və tüklər, eləcə də qətlin törədilməsinə aidiyyatı mümkün sayılan saç tükü nümunələri ilə müqayisəli tədqiqatların aparılması üçün məhkəmə-bioloji ekspertiza təyin edilib.

Bu məqsədlə yeni əldə edilən həmin maddi sübutlar Amerika Birləşmiş Ştatların (ABŞ) Federal Tədqiqatlar Bürosunun (FTB) nümayəındəsi Brayn Paarmana verilib.

Həmçinin qətlin törədilməsində istifadə olunmuş tapança da onun ballistik və digər göstəricilərinin bir daha dolğun tədqiqi və həmin silahla bağıl iş üzrə əhəmiyyət kəsb edə biləcək əlavə məlumatların əldə olunması üçün FTB-nin nümayəndəsinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti