...

NATİQ MƏMMƏDOV: AZƏRBAYCANIN MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI QARABAĞIN ERMƏNİ İCMASININ SEÇKİ SİYAHILARININ TƏRTİBİNDƏ BEYNƏLXALQ TƏŞKİLATLARIN YARDIMINDAN İSTİFADƏ EDƏCƏK

Siyasət Materials 20 Avqust 2005 11:13 (UTC +04:00)

Dağlıq Qarabağın erməni icmasının seçki siyahılarını tərtib edərkən Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bu regionun həm "münaqişədən əvvəlki siyahılarından" və həm də beynəlxalq təşkilatların yardımından istifadə edəcək.

Trend in ATV telekanalına istinadən yaydığı məlumata görə belə bir bəyanatla Azərbaycanın MSK katibi Natiq Məmmədov çıxış edib.

"Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır.

Odur ki, onlar da ölkədə keçiriləcək qarşıdakı parlament seçkilərində iştrak etmək barədə konstitusion hüquqlarından istifadə edə bilərlər", - deyə N. Məmmədov bildirib və qeyd ki, bu ərazidə yaşayan Azərbaycan seçicilərini aşkara çıxarmaq üçün bütün mümkün vasitələrdən istifadə olunacaq.

MSK katibi qeyd edib ki, Xankəndi seçki dairəsi üzrə azərbaycanlıların yaşadıqları ərazilərin seçkiyə cəlb olunduğu məlumdur.

Məmmədovun sözlərinə görə, bu günə kimi həmin seçki dairəsindən erməni milliyyətindən olan namizəd qeydiyyatdan keçməyib.

Qeyd edək ki, respublikanın 6 vətəndaşı artıq deputatlığa namizəd kimi qeydiyyatdan keçmək üçün imza vərəqələri alıblar.

Qeyd edək ki, hazırXankəndi seçki dairəsi Azərbaycanın MSK-da müvəqqəti əsasda fəaliyyət göstərir.

Natiq Məmmədov sonda bildirib ki, Azərbaycanın MSK bu seçki dairəsində seçkilərin keçirilməsi üçün mümkün yollar axtarır.

Xəbər lenti

Xəbər lenti