...

HACI MƏMMƏDOVUN HƏBSDƏ OLAN YAXIN QOHUMUNUN VƏZİYYƏTİ PİSLƏŞİB

Siyasət Materials 20 Avqust 2005 13:09 (UTC +04:00)

Hacı Məmmədovun həbsdə olan yaxın qohumu Xosrov Cavadovun vəziyyəti pisləşib.

Trend ə bu barədə məlumat verən Bayıl təcridxanasındakı mənbə bildirib ki, qanunsuz odlu silah saxlamaqda təqsirləndirilən və hazırda Abşeron rayon Məhkəməsində məhkəməsi keçirilən 1930-cu il təvəllüdlü Xosrov Cavadov əvvəllər iki dəfə infarkt keçirib.

Avqustun 18-də isə axşam saatlarında onun səhhəti kəskin şəkildə pisləşib. Dustağı dərhal təcridxananın tibb məntəqəsinə köçürüblər. Bayıl təcridxanasından verilən məlumata görə, hazırda Xosrov Cavadovun səhhəti bir qədər normallaşıb.

Xəbər lenti

Xəbər lenti