...

"AZADLIQ" BLOKUNUN ZAQATALA VƏ LƏNKƏRANDA AKSİYALARI KEÇİRİLƏCƏK

Siyasət Materials 20 Avqust 2005 13:36 (UTC +04:00)

"Azadlıq" blokunun avqustun 21-də Zaqatala və Lənkəranda yürüş-mitinqi keçiriləcək. Blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP-islahatçılar) Trend ə bildirilib ki, Lənkəran şəhər icra hakimiyyəti rayonun mərkəzində aksiya keçirilməsinə icazə verməyib. İcra başçısı yerli müxalifətçilərə aksiya keçirmək üçün başqa bir yer təklif edib, lakin "Azadlıq" blokunun üzvləri bu təklifi rədd ediblər.

Razılıq verilməməsinə baxmayaraq blokun yerli şöbələri yürüş-mitinq keçirməkdə israrlıdır. Lənkəranda aksiyanın saat 17.00-dan 19.00-dək keçirilməsi planlaşdırılır.

Zaqatalada isə yürüş-mitinqin icazəli keçirilməsi üçün rayon icra hakimiyyəti ilə danışıqlar aparılır. Lənkəranda isə yürüş-mitinqin saat 11.00-da başlanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti