...

ANAMA ƏMƏKDAŞLARINI MÜKAFATLANDIRDI

Siyasət Materials 20 Avqust 2005 14:14 (UTC +04:00)

Azərbaycan Ərazilərin Minalardan Təmizlənmə Agentliyin (ANAMA) Xanlar rayon mərkəzi 2002-ci ildən fəaliyyət göstərir. Mərkəz Xanlar və Ağstafa rayonlarının minalanmış ərazilərinin zərərsizləşdirilməsi ilə məşğul olur.

Avqustun 20-də ANAMA-nın Xanlar regional ofisinin 18 əməkdaşına sertifikatlar və mükafatlar təqdim olunması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə mərkəzi ofisin əməliyyat üzrə məsul şəxs Emil Həsənov açdı.

O, Xanlar Regional ofisində 24 əməkdaşın çalışdığını bildirib. O, gəgələcəkdə heyyətə əlavə qüvvələrin cəlbə olunacağını bildirib. Bu yaxınlarda təşkilatın mərkəzi ofisinə xarici ölkədən 22 it alındığını deyən müsahibimiz minalanmış ərazilərin təmizlənməsində itlərin rolunu xususi qeyd edib.

İtlərlə birgə işləmək üçün Rusiyadan 2 xüsusi mütəxəssisin də gətirildiyini qeyd edib. Əməliyyət zamanı Xanlar regional ofisinin 3 əməkdaşının həlak olduğunu qeyd edən E.Həsənov həmin şəxslərin ailələrinin həmişə dövlət qayğısı göstərilidyini bildirib.

3 illik layihə başa çatsa da proqrama inkişaf etm
iş ölkələrin bir sıra nüfuzlu qurumları tərəfindən maliyyə dəstəyi veriləcəyini və növbəti mərhələdə Agentliyin Ağstafa ofisinin açılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti