...

ARZU ABDULLAYEVA: AVROPA ŞURASI SEÇKİQABAĞI KAMPANİYADA İCTİMAİYYƏTİN KİFAYƏT QƏDƏR İŞTİRAK ETMƏMƏSİ FAKTINI TƏSDİQ EDİR

Siyasət Materials 22 Avqust 2005 13:01 (UTC +04:00)

Avropa Şurası Azərbaycan ictimaiyyətinin seçkiqabağı kampaniyada kifayət qədər iştirak etməməsi faktını təsdiq edir.

Bu barədə Trend ə avqustun 22-də hüquq müdafiəsiçi Arzu Abdullayeva AŞ PA sədri Rene van der Lindenlə görüşünün nəticələrini şərh edərkən bildirib.

O qeyd edib ki, görüş zamanı respublikada qarşıdakı parlament seçkilərinə hazırlıq, həmçinin ölkədə siyasi dustaqlar məsələsinə dair fikir mübadiləsi aparılıb.

"AŞ PA sədri Azərbaycanda hakim orqanların nümayəndələri və hüquq müdafiəçilərinin siyasi dustaqların probleminin həlli üzrə birgə işini təqdir edib. Görüşdə hüquq müdafiəçiləri bu məsələ ilə bağlı konkret təkliflərlə çıxış ediblər", - deyə A.Abdullayeva bildirib.

Onun fikrincə, adları AŞ PA-nın siyahılarında olan dustaqların bir hissəsi azadlığa buraxılsa da, siyasi dustaqlar məsələsi hələ də öz həllini gözləyir.

Görüşdə həmçinin hüquq müdafiəçiləri Səidə Qocamanlı və Eldar Zeynalov da iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti