...

GƏNCƏ "TOXUCU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR

Siyasət Materials 22 Avqust 2005 17:05 (UTC +04:00)

2002 -ci il fevral ayından açıq səhmdar cəmiyyətinə çevrilən keçmiş Gəncə toxuculuq fabrikinin fəaliyyəti ölkə rəhbərinin müvafiq dövlət proqramına uyğun olaraq genişləndirilir.

Bu ilin avqust ayından müəssisəyə Çin Respublikasından 100 min dollar dəyənində yeni avadanlıq gətirilib. Müəssisənin rəhbəri Qabil Əliyevin verdiyi məlumata görə, avadanlığın hazırda quraşdırılması ilə bağlı işlər gedir.

180 işçinin çalışdığı ASC-də 3 çeşiddə parça toxunulur. Müasir avadanlıq istehsalın həcmini artırmaqla yanaşı müəssisədə 5-6 çeşidə toxuculuq işlərinin həyata keçməsi də baş tutacaq. Yaxın gələcəkdə Cəmiyyətə əlavə işçi qüvvəsi cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti