...

AZƏRBAYCANIN SİLAHLI QÜVVƏLƏRİ BOLQARISTANDA NATO TƏLİMLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

Siyasət Materials 22 Avqust 2005 17:18 (UTC +04:00)

Azərbaycanın Silahlı Qüvvələri (SQ) avqustun 23-dən sentyabrın 6-na kimi Bolqarıstanda keçiriləcək beynəlxalq Cooperative Key 2005 təlimlərində iştirak edəcəklər.

Trend in məlumatına görə, təlimlərdə ümumilikdə NATO-ya üzv olan 13 ölkə: ABŞ, Bolqarıstan, Yunanıstan, Latviya, Litva, Estoniya, Kanada, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Macarıstan iştirak edəcək. Bundan başqa, "Sülh naminə tərəfdaşlıq" proqramının iştrakçısı olan Azərbaycanla bərabər Gürcüstan, Xorvatiya, Qazaxıstan, Makedoniya, Moldova, Ukrayna və İsveçrə də təlimlərdə iştirak edir.

Təlimlərdə əsas vəzifə NATO ölkələrinin və "Sülh naminə tərəfdaşlıq" proqramının sülhyaratma əməliyyatlarında və terrorizmlə mübarizədə əməkdaşlığı, NATO-nun nəzəri biliklər prosedurlarının möhkəmləndirilməsi və bir neçə ölkənin hərbi yarımbölmələrinin birlikdə ümumi vəzifəni yerinə yetirmək təcrübəsinin əldə etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti