...

NƏSİMİ RAYON MƏHKƏMƏSİNDƏ VƏKİLLƏR KOLLEGİYASININ ÖZ KEÇMİŞ ÜZVÜ NAMİZƏD SƏFƏROVA QARŞI QALDIRDIĞI İDDİASINA BAXILACAQ

Siyasət Materials 22 Avqust 2005 19:55 (UTC +04:00)

Avqustun 22-də Nəsimi rayon Məhkəməsində hakim Tapdıq Mahmudovun sədrliyi ilə Vəkillər Kollegiyasının (VK) keçmiş üzvü Namizəd Səfərovun VK-na bərpa olunmasına dair iddiasına baxılmalı idi. Trend məlumat verir ki, cavabdeh tərəfin nümayəndəsi məhkəmə qarşısında vəsatət qaldırdığından və məhkəmə həmin vəsatəti təmin etdiyindən N.Səfərovun iddiası baxılmamış saxlanılıb.

Vəkillər Kollegiyasının nümayəndəsi məhkəmənin nəzərinə çatdırıb ki, VK-sı da Namizəd Səfərovla bağlı məhkəmədə iddia qaldırıb. İddia isə bundan ibarətdir ki, N.Səfərov Vəkillər Kollegiyasının üzvü olarkən 12 saylı hüquq məsləhətxanasında qeyri-qanuni keçirilmiş iclasa sədrlik edib və həmin məsləhətxanaya müvəqqəti sədr seçilməsində iştirak edib.

Bu səbəbdən də VK rəhbərliyi onun Kollegiya üzvlüyündən kınarlaşdırılması barədə qərar çıxarıb və bununla bağlı məhkəməyə müraciət edib. Nümayəndə hakimdən xahiş edib ki, N.Səfərovun da iddiasına VK-nin iddiası ilə birlikdə baxılsın. Hakim də vəsatəti təmin edib.

Vəkillər Kollegiyası rəhbərliyinin Namizəd Səfərov barədə iddiasına isə avqustun 24-də Nəsimi rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə baxılacaq.

Xəbər lenti

Xəbər lenti