...

AZƏRBAYCAN MDB DÖVLƏTLƏRİNİN "HƏRBİ BİRLİK -2005" TƏLİMDLƏRİNDƏ MÜŞAHİDƏÇİ KİMİ İŞTİRAK EDƏCƏK

Siyasət Materials 22 Avqust 2005 20:07 (UTC +04:00)

Azərbaycan MDB ölkələrinin "Hərbi birlik-2005" adlı koalisiya təlimlərində müşahidəçi kimi iştirak edəcək. Bu barədə Trend ə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlər avqustun 29-30-da Rusiyanın Həştərxan vilayətindəki Aşuluk poliqonunda keçiriləcək. Təlimlərdə Rusiyanın, Ermənistanın, Belorusun, Tacikistanın və həmçinin Ukraynanın HHQ və HM öz qüvvələrini sınayacaqlar. Azərbaycanla yanaşı Qırğızıstanın, Türkmənistanın, Qazaxıstanın nümayəndələri müşahidəçi statusunda çıxış edəcəklər.

Təlimlərdə iştirak edən ölkələr avqustun 29-da Həştərxan vilayətinə yola düşəcək və dislokasiya yerlərində yerləşəcəklər.

Xəbər lenti

Xəbər lenti