...

ALDP SƏDRİ FUAD ƏLİYEVİN NAMİZƏDLİYİ DSK TƏRƏFİNDƏN QEYDƏ ALINIB

Siyasət Materials 23 Avqust 2005 14:22 (UTC +04:00)

Avqustun 23-də Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Sədr Aparatının iclası keçirilib. Bu barədə Trend ə ALDP-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş ALDP-nin sədri Fuad Əliyevin Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydiyyata alınıb. Müvafiq qanuna görə, DSK 10 gün ərzində sənədlərə baxıb və müsbət cavab verib.

İclasda ALDP tərəfindən seçkini müşahidə edəcək şəxslərin və vəkllərin siyahısının hazırlanması təklif olunub.

ALDP sədrinin müavini Vahid Nəzərov iclas iştirakçılarının nəzərinə çatdırıb ki, hazırda təbliğat kampaniyasının başlanması üçün hazırlıq işləri görülür.

Xəbər lenti

Xəbər lenti