...

AZƏRBAYCAN PREZİDENTİ BANK STANDARD-IN MƏRKƏZİ OFİSİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

Siyasət Materials 23 Avqust 2005 15:09 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev avqustun 23-də ölkədə ən böyük özəl bank olan Bank Standard-ın (H.Hacıyev, 4) açılış mərasimində iştirak edib. Trend in məlumatına görə, dövlət başçısı ofisin fəaliyyəti ilə və orada yaradılmış iş şəraiti ilə tanış olub.

Ofisdə köməkçi personaldan əlavə 120 nəfər çalışacaq. Yeniləşmiş ofisin açılışı burada daha 30 yeni iş yerinin açılmasına səbəb olub. Əməliyyat zalında eyni vaxtda 20 müştəriyə xidmət etmək mümkün olacaq.

AB Standard qrupunun tərkibinə daxil olan Bank Standard ölkədə 480,82 milyard manatlıq (iyulun 1-nə olan məlumata görə) və 82, 72 milyard manatlıq ümumi kapitalı ilə liderlik edən bankdır. Bank Standard -ın səhmdar kapitalı 36,17%-ə bərabərdir.

Xəbər lenti

Xəbər lenti