...

RENE VAN DER LİNDEN: AZƏRBAYCANDA İSLAHATLAR HƏYATA KEÇİRİLİR, LAKİN BU AZDIR

Siyasət Materials 23 Avqust 2005 18:02 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycandan keçirilən islahatları yüksək qiymətləndirir.Lakin bu azdır. Trend in məlumatına görə, bedlə bir bəyanatla avqustun 23-də AŞPA-nın sədri Rene van der Linden Milli Məclisin spikeri Murtuz Ələsgərovla görüşü zamanı çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi noyabr ayında keçiriləcək seçkilər zamanı barmağın xüsusi mürəkkəb məhluluna salınması sistemindən istifadə edilməsi zəruridir.

Bundan başqa, 30 %-dən çoxunun xarici mənbələrdən maliyyələşdirildiyi qeyri-hökumət təşkilatlarını seçkilərin monitorinqinə buraxılması vacibdir. Rene Van der Linden həmçinin ölkədə siyasi məhbuslar probleminin birdəfəlik həll olunmasını zəruri hesab edib.

Dağlıq-Qarabağ münaqişəsinə toxunan AŞPA sədri bəyan edib ki, əgər problem sülh yolu ilə həll olunmazsa, nə Azərbaycan, nə də Ermənisğan bu Avropa strukturlarına tam şəkildə inteqrasiya oluna bilməzlər.

Onun sözlərinə görə, hamı ən yaxın zamanda münaqişənin sülh yolu ilə həllinə çalışmalıdır. Rene van der Lindenin sözləri nə görə, Ermənistanın sərhədlərin bağlı olmasının ölkə üçün nə qədər ağır nəticələri olduğunu anlamalıdır.

M.Ələsgərov Azərbaycanın Avropa Şurasına inteqrasiyüa olunmasına toxunarkən qeyd edib ki, artıq 40-dan artıq Avropa konvensiyasının ratifikasiya olunduğunu,Konstitusiyada vətəndaşların birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun möhkəmləndiyini, ombudsman institutunun yaradıldığını, ölüm cəzasının və senzuranın ləğv edildiyini qeyd edib. "Bütün bunlar Azərbaycanda insan hüquqlarına nə dərəcədə əhəmiyyət verildiyini göstərir"- deyə spiker əlavə edib.

Qarşıdakı parlament seçkilərinə gəldikdə isə M.Ələsgəerov bildirib ki, "seçkilərə ciddi hazırlıq aparılır, Seçki Məcəlləsinin təkmilləşdirilib, dövlət başçısı tərəfindən seçki təcxrübəsinin təkmilləşdirilməsi barədə fərmanın qəbul edib. Biz tam əminliklə deyə bilərik ki, seçkilər azad, şəffaf və demokratik şəraitdə keçiriləcək", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti