...

QAT-IN SƏDR MÜAVİNİNİN NAMİZƏDLİYİ QEYDƏ ALINIB

Siyasət Materials 23 Avqust 2005 18:20 (UTC +04:00)

Avqustun 23-də Qarabağ Azadlıq Təşkilatı (QAT) sədrinin birinci müavini, Qarabağ qazisi Firudun Məmmədovun namizədliyi 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi tərəfindən qeydə alınıb. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Məlumatda bildirilir ki, həmin dairədə Firudun Məmmədovun rəqibləri Yeni Azərbaycan Partiyasından (YAP) Əli Hüseynov, "Yeni Siyasət" blokundan isə Eldəniz Quliyev olacaq.

Xəbər lenti

Xəbər lenti