...

AZƏRBAYCANIN VƏ ERMƏNİSTANIN XARİCİ İŞLƏR NAZİRLƏRİ MOSKVADA DAĞLIQ QARABAĞ PROBLEMİNİ MÜZAKİRƏ EDİRLƏR

Siyasət Materials 23 Avqust 2005 18:42 (UTC +04:00)

(İTAR-TASS) - Azərbaycanın və Ermənistanın Xarici İşlər Hazirliklərinin rəhbərləri Moskvada Dağlıq Qarabağ problemini müzakirə edirlər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun verdiyi məlumata görə, bu gün əvvəlcə, "erməni həmkarım Vardan Oskanyanla qeyri-formal görüş keçirilicək". Sonra çərşənbə günü "rəsmi görüş " keçiriləcək. "Fəal işləmək zəruridir, - deyə o qeyd dib. - İndi "işıq yeri" görünür və bu problem üzrə ümumi məxrəcə gəlmək vacibdir ".

Azərbaycanın ATƏT-in rrlundan razı qalması barədə suala cavab verərkən E.Məmmədyarov bildirib ki, münaqişə davam etdiyindən razı qala bilməz. "Bununla yanaşı, - deyə o qeyd edib, - hazırda danışıqlar fəallaşıb və gələcəkdə də bu istiqamətdə irəliləmək zəruridir ".

Hər iki ölkənin xarici işlər nazirləri Moskvada MDB xarici işlər nazirləri Şurasının bu günki iclasında iştirak ediblər.

"Ötən illərdən fərqli olaraq bu görüşü əhəmiyyətli dərəcədə daha fəal və daha maraqlı keçdi ", - deyə Məmmədyarov qeyd edib. O, Azərbaycan tərəfinin "bir sıra sənədləri imzalamaqdan imtina etməsi"ni bildirərək öz ölkəsinin suverenliyinə zidd olan sənədləri qəbul etmədiyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti