...

YUNESKO ERMƏNİSTANIN İŞĞALI ALTINDA OLAN AZƏRBAYCANIN MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN DAĞIDILMASI MƏSƏLƏSİNƏ XÜSUSİ DİQQƏT YETİRƏCƏK

Siyasət Materials 23 Avqust 2005 20:28 (UTC +04:00)

YUNESKO erməni işğalı altında Azərbaycanın mədəniyyət abidələrinin dağıdılması məsələsinə xüsusi diqqət yetirəcək. Trend in məlumatına görə, bu barədə YUNESKO-nun baş direktoru Koiçiro Matsuura avqustun 23-də Bakıya rəsmi səfəri zamanı keçirdiyi brifinqdə bəyan edib.

Onun sözlərinə görə, təşkilat bu məsələyə xüsusi diqqət yetirmək niyyətindədir. "YUNESKO dünyanın istənilən nöqtəsində maddi-mədəniyyət irsinin dağıdılmasına xüsusi həssaslıqla yanaşır", - deyə o əlavə edib. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına əmin olduğunu bildirib.

YUNESKO-nun baş direktoru Azərbaycanla əməkdaşlığın bu günki səviyyəsmini yüksək qiymətləndirir. Bu əməkdaşlıq Azərbaycanın birinci mı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətə başlamasından sonra xüsusi xarakter alıb. O, xanım Mehriban Əliyevanın Azərbaycanın mənəvi dəyərlərinin müdafiəsi sahəsində rolunu yüksək qiymətləndirib.

Tərəflərin əməkdaşlığının bir nümunəsi kimi Azərobaycan muğamının və İçəri şəhərin (Köhnə şəhər) 2003-cü ildə Ümumdünya mənəvi irsi siyahısına salınmasını misal gətirib. Hərtərəfli əməkdaşlıqdan danışan K.Matsuura qeyd edib ki, onlar çox müsbət dəyişikliklərə nail olublar.

Xəbər lenti

Xəbər lenti