...

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN GƏNCƏDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRİLİB

Siyasət Materials 24 Avqust 2005 11:55 (UTC +04:00)

Daxili İşlər nazirinin müavini Oruc Zalov avqustun 23-də Gəncə şəhəri və ətraf 7 rayonun polis və pasport masa rəislərinin iştirakı ilə zona müşavirəsi keçirib.

Tədbir parlament seçki öncəsi vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması ilə bağlı vəziyyətin öyrənilməsi, müvafiq tapşırıqlar və tövsiyyələrin verilməsinə həsr olunub. Nazir müavini ölkəmizdə 79,8 faiz səsvermə hüququna malik seçicilərin olduğunu, onların əksəriyyətinin müvafiq sənədlə təmin olunmadığını bildirib.

Lakin o, seçkilərə qədər bu problemin tam həll olunacağını bəyan edib. O.Zalov Şəmkir, Tovuz və Gədəbəy rayonlarının müvafiq idarə rəhbərlərinə vətəndaşlar tərəfindən çoxlu şikayətlərin daxil edildiyini və məsələnin yoluna qoyulması üçün ciddi tədbirlər həyata keçirməyi tapşırıb. O, həmçinin bu rayonlarda gün ərzində 400 vətəndaşa şəxsiyyət vəsiqəsi verilərsə, həmin prosesin başa çatmasının mümkünlüyünü qeyd edib.

Dövlət rüsumuna gəldikdə, nazirlik rəsmisi qanunda göstərilən məbləğdən əlavə pul tələb edən idarə rəisləri ilə nazi
rliyin haqq-hesab çəkəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti