...

"AZADLIQ" BLOKUNUN GƏNCƏDƏN 3 NAMİZƏDİ İRƏLİ SÜRÜLÜB

Siyasət Materials 24 Avqust 2005 12:01 (UTC +04:00)

Trend in məlumatına görə, bu barədə Müsavat partiyasının Gəncə təşkilatının sədri Cahangir Əmirxanlı bildirib. Bu namizədlər 38 saylı Nizami (ikinci) dairə üzrə müsavat təmsilçisi Cahangir Əmirxanlı, 39 saylı Kəpəz (birinci) dairədən ADP nümayəndəsi Elman Mövsümov, 40 saylı Kəpəz (ikinci) dairədən AXCP (islahatçılar) üzvü Ramiz Orucovdur. Onun qeyd etdiyi kimi, avqustun 6-7-də lazımi sənədlər müvafiq dairələrə təqdim edilməklə 15 imza vərəqələri götürülüb.

Namizədlər 750 səs toplayaraq həmin DSK-lara təhvil veriblər. C.Əmirxanlı seçkiönü hazırlıq prosesində o qədər də problemin olmadığını, çətinliyin isə yalnız tərəfdarlarının şəxsiyyət və seçici vəsiqələri ilə təmin olunmaması ilə bağlı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti