...

"YENİ SİYASƏT" AQB-DƏN CAVAB GÖZLƏYİR

Siyasət Materials 24 Avqust 2005 16:14 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr Blokunda təmsil olunan Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Nacıağa Nuri namizədi olduğu 28 saylı Sabunçu 3-cü seçki dairəsində imzatoplama kampaniyasını başa vurub dünən sənədlərini dairə seçki komissiyasına təqdim edib" Bu barədə Trend ə AİP sədri məlumat verib.

H.Nuri həmçinin bildirib ki, "Yeni Siyasət" blokundan "Azərbaycançı Qüvvələr" blokuna (AQB) əməkdaşlıqla bağlı edilən müraciət bir müddət cavabsız qalacaq.

Səbəb AQB-yə daxil olan partiya rəhbərlərinin namizədi olduğu dairələrdə imzatoplama kampaniyasını aparmalarıdır: "Onların bu kampaniyanı nə vaxt başa vuracaqları isə məlum deyil"

AİP sədri onu da vurğulayıb ki, vaxtilə Azərbaycançı Qüvvələr Birliyində təmsil olunan ASDP-nin "Yeni Siyasət"ə qoşularaq birliyə "xəyanət" etməsi ilə bağlı məsələnin müzakirəsi hələ gündəliyə salınmayıb: "Bu barədə söhbətlər təxribat xarakteri daşısa da müzakirəsini seçkilərdən sonraya saxlamışıq".

Xəbər lenti

Xəbər lenti