...

PYOTR BURDIKİN: RUSİYA PREZİDENTİ AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN KAZANDA KEÇİRİLƏCƏK GÖRÜŞÜNDƏ İŞTİRAK EDƏ BİLƏR

Siyasət Materials 24 Avqust 2005 17:52 (UTC +04:00)
PYOTR BURDIKİN: RUSİYA PREZİDENTİ AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN KAZANDA KEÇİRİLƏCƏK GÖRÜŞÜNDƏ İŞTİRAK EDƏ BİLƏR

Rusiya prezidenti Vladimir Putin avqustun 27-də Kazanda Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı keçirilməsi gözlənilən görüşdə iştirak edə bilər. Bu barədə Rusiya Federasiyasının Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Burdıkin Trend ə verdiyi ekskluziv müsahibəsində bildirib.

O bunun mümkünlüyünü istsina etməyib və qeyd edib ki, belə görüş Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryanın razılığı ilə baş tuta bilər.

Diplomat xatırladıb ki, üç ölkənin prezidenti Dağlıq Qarabağ probleminin nizamlanması üzrə danışıqlarda belə formatda artıq görüşüblər və "öz növbəsində bu münaqişənin nizamlanmasına təkan verib".

Əgər Azərbğaycan və Ermənistan prezidentlərin qarşıdakı görüşündə lazım bilərlərsə, onda Rusiya prezidenti danışıqların hansısa bir hissəsində iştirak edə bilər, - deyə diplomat bildirib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünün MDB-nin növbəti sammiti çərçivəsində keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti