...

"YENİ SİYASƏT" BLOKUNUN LİDER ÜZVLƏRİNİN NAMİZƏDLİYİ AVQUSTUN 25-DƏ QEYDƏ ALINACAQ

Siyasət Materials 24 Avqust 2005 17:55 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokunun üzvlərindən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun, eks spiker Yaqub Məmmədovun və Milli Hərəkat Partiyasının sədri Samir Cəfərovun namizədliyi avqustun 25-də qeydə alınacaq.

Bu barədə Trend ə "Yeni Siyasət" blokundan məlumat verilib. Artıq imza vərəqələrini təhvil vermiş həmin şəxslərin müvafiq dairə seçki komissiyaları tərəfindən qeydə alınması məsələsinə avqustun 25-də saat 17.00-da baxılacaq.

"Yeni Siyasət" blokunda təmsil olunan Azərbaycan Ziyalı Hərəkatının rəhbəri Eldəniz Quliyevin isə namizədliyi qeydə alınıb. Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazovun imza vərəqələri dairə seçki komissiyasına təqdim olunub.

Gələn həftə "Yeni Siyasət" bloku ilə "Azərbaycançı Qüvvələr" Seçki Bloku arasında əməkdaşlığa dair ikitərəfli saziş imzalanması da nəzərdə tutulub. "Yeni Siyasət" blokundan bildirildiyinə görə, sazişin gecikməsi hər iki tərəfin namizədlərinin bölgələrdə imzatoplama kampaniyası ilə məşğul olması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti