...

ƏLİ KƏRİMLİ: "İQBAL AĞAZADƏ YAXŞI OLARDI FAKTLARLA DANIŞSIN"

Siyasət Materials 24 Avqust 2005 18:10 (UTC +04:00)

"İqbal Ağazadənin sözlərinə heç bir cavab verməyəcək və heç bir addım atmayacağıq". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli bildirib.

Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadə AXCP sədrinin müşaviri Ramiz Tağıyevin onun Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqəli olması barədə ittihamlarını təkzib edib. İ.Ağazadə Əli Kərimlini "qatı iqtidar" adlandırıb və iddia edib ki, AXCP sədri müxalifəti parçalayıb, özü parlamentdə təmsil olunmaq istəyir.

Əli Kərimli İqbal Ağazadəyə cavab vermək fikrində olmadığını bildirib: "İqbal Ağazadə yaxşı olardı ki, fikirlərini konretləşdirsin və faktlarla danışsın"-deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti