...

"AZADLIQ" BLOKUNUN LİDERLƏRİ BEYNƏLXALQ BÖHRAN QRUPUNUN CƏNUBİ QAFQAZ ÜZRƏ RƏHBƏRİ İLƏ GÖRÜŞÜBLƏR

Siyasət Materials 24 Avqust 2005 19:00 (UTC +04:00)

Avqustun 24-də "Azadlıq" blokunun liderləri - AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu Bakıda səfərdə olan Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə rəhbəri Sabina Frayzerlə görüşüblər.

Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib. Görüşdə Ölkədə ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində müzakirələr aparılıb.

"Azadlıq" blokunun üzvləri ölkədə cərəyan edən hadisələr, qarşıdan gələn parlament seçkisinə hazırlıqla bağlı S.Frayzerə məlumat veriblər. Ermənistanın işğalçılıq siyasəti və onun ağır nəticələri barədə, münaqişəsinin nizamlanması məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti