...

BAKIDA MUĞAM TEATRININ TƏMƏLİNİN QOYULUŞU MƏRASİMİ KEÇİRİLİB

Siyasət Materials 24 Avqust 2005 19:21 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Bakıda səfərdə olan YUNESKO-nun baş direktoru Koişiro Matsuura avqustun 24-də Bakıda Muğam Teatrının binasının özülünün qoyulması mərasimində iştirak ediblər. Bu barədə Trend məlumat verib.

Muğam Teatrı "Neftçilər" prospektindədəki Milli Parkın ərazisində tikiləcək. Mərasimdə həmçinin YUNESKO-nun 7 xoşməramlı səfiri, bu beynəlxalq strukturun nümayəndələri, eləcə də Azərbaycan hökumətinin rəsmi şəxsləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti