...

İLHAM ƏLİYEV: AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFININ İTİ SÜRƏTİ SOSİAL, MƏDƏNİ VƏ TƏHSİL PROQRAMLARININ REALLAŞDIRILMASI ÜÇÜN BÖYÜK VƏSAİTLƏR AYIRMAĞA İMKAN VERİR

Siyasət Materials 24 Avqust 2005 20:34 (UTC +04:00)

Azərbaycanın iqtisadi inkişafının iti sürəti sosial, mədəni və təhsil proqramlarının reallaşdırılması üçün böyük vəsaitlər ayırmağa imkan verir. Trend in məlumatına görə, bu barədə avqustun 24-də Azərbaycan prezidenti İlham Əliyevin başda təşkilatın baş direktoru Koişiro Matsuuro olmaqla YUNESKO-nun nümayəndə heyəti ilə görüşündə bildirib.

Azərbaycan dövlətinin başçısı YUNESKO-nun nümayəndə heyətinin Bakıya səfərinin əhəmiyyətini qeyd edib və böyük miqdarda birgə layihələrin uğurla həyata keçirildiyini bildirib.

"Mən əminəm ki, sizin səfəriniz Azərbaycanla YUNESKO arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Eləcə də, mədəni irsin mühafiəzəsi sahəsində əməkdaşlığa təsir edəcək", - deyə İlham Əliyev bildirib və Koişiro Matsuuraya Azərbaycana səfər etmək barədə qərarına görə minnətdarlığını bildirib.

Öz növbəsində, YUNESKO-nun baş katibi prezident İlham Əliyevə və YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya onu Bakıya dəvət etdiklərinə görə təşəkkürünü bildirib. Baş direktor qeyd edib ki, son illər respublikada böyük dəyişikliklər baş verib.

"Azərbaycan böyük sürətlə inkişaf edir və mən sevinclə bildirirəm ki, ölkədə təhsilə və sosial sahəyə diqqət getdikcə artmaqdadır", - deyə Koişiro Matsuura bildirib.

Xəbər lenti

Xəbər lenti